Millimizin qarşısına çıxmağa 23 futbolçu tapılmadı

17 Noyabr 2020 17:20 Milli komanda 306
Millimizin qarşısına çıxmağa 23 futbolçu tapılmadı

Lüksemburq millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, cəzalı və zədəli futbolçuların çoxluğundan əziyyət çəkən cırtdan ölkə təmsilçisi bugünkü qarşılaşmaya sifariş etməyə 23 futbolçu da tapmayıb.

Baş məşqçi Lyuk Holts iki yeri boş qoyaraq “23-lüy”ə 21 futbolçunun adını daxil edib. Rəqib Millətlər Liqasının VI turunun bu gün Lüksemburqda baş tutacaq görüşünə cəmi 4 nominal müdafiəçinin ümidinə qalıb.

Qapıçılar: 1. Antoni Moris, 12. Ralf Şon, 23. Tim Kips;
Müdafiəçilər: 2. Seid Koraç, 3. Enes Mahmutoviç, 18. Lauren Yan, 22. Marvin Martins;
Yarımmüdafiəçilər: 4. Matias Olesen, 6. Florian Bonert, 7. Lars Jerson, 8. Timote Rupil, 9. Danel Sinani, 11. Vinsent Til, 15. Sebastyan Til, 16. Leandro Barreyro, 19. Aldin Skenderoviç;
Hücumçular: 10. Jerson Rodriges, 14. Stefano Bensi, 17. Mihael Pinto, 20. Edvin Muratoviç, 21. Mauris Devil.
Baş məşqçi: Lyuk Holts.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı