Millimizdə üç dəyişiklik

17 Noyabr 2020 17:00 Milli komanda 291
Millimizdə üç dəyişiklik

Azərbaycan milli komandasının bu gün Lüksemburqla keçiriləcək oyun üçün “23-lüy”ü açıqlanıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Canni de Byazi sərəncamında olan 27 futbolçudan dördündən imtina edib.

Bunlardan üçü “Neftçi”nin üzvləridir. Mirabdulla Abbasov, Namiq Ələsgərov və Rəhman Hacıyev Millətlər Liqasının VI turunda iştirak edə bilməyəcək.

“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov da onların taleyini yaşayıb. Bu dörd futbolçu koronavirusa görə heyətdən kənarda qalan Təmkin Xəlilzadə (“Sabah”) və Rahil Məmmədova (“Qarabağ”) qoşulub.

Üç gün öncə Monteneqro ilə qarşılaşma ilə müqayisədə heyətdən üç futbolçu çıxarılıb. Bunlar Mirabdulla, Abbas və Rahildir. Onları Musa Qurbanlı, Coşqun Diniyev və cəzası başa çatan Anton Krivotsyuk əvəzləyib.

Bu bəzi oyunçuların formasını dəyişməsi ilə nəticələnib. Musa 11 nömrəli formanı Mahir Emrelidən alıbsa, sonuncu 10 nömrəni Rəhim Sadıqovdan ələ keçirib. Sadıqov Mirabdullanın yoxluğunda “19”a üstünlük verib.

Anton “18”i Mert Çelikdən alaraq gənc komanda yoldaşını Abbasın yoxluğunda “13”ü götürməyə məcbur edib. Rahilin 4 nömrəli formasını götürən Şəhriyar Əliyev isə “8”i Coşquna verməli olub.

Qapıçılar: 1. Emil Balayev, 12. Şahruddin Məhəmmədəliyev, 23. Aydın Bayramov;
Müdafiəçilər: 3. Azər Salahlı, 4. Şəhriyar Əliyev, 5. Maksim Medvedev, 7. Tellur Mütəllimov, 13. Mert Çelik, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 21. Amin Seydiyev;
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Vüqar Mustafayev, 8. Coşqun Diniyev, 16. Elvin Camalov, 17. Vüsal İsgəndərli, 19. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 22. Xəyal Nəcəfov;
Hücumçular: 9. Ramil Şeydayev, 10. Mahir Emreli, 11. Musa Qurbanlı.
Baş məşqçi: Canni de Byazi

Digər Xəbərlər
Xəbər Lenti