Millinin və "Qarabağ"ın kapitanında koronavirus tapıldı

17 Noyabr 2020 21:20 Milli komanda 496
Millinin və "Qarabağ"ın kapitanında koronavirus tapıldı

Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Maksim Medvedev koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, dünən 31 yaşlı müdafiəçinin temperaturu qalxıb. "

Bu gün isə onun test nəticəsi müsbət olub. Millinin digər oyunçularında və məşqçi heyətində virus aşkarlanmayıb.

M.Medvedev UEFA Millətlər Liqasının VI turunda bu gün Lüksemburqla matçı buraxacaq.

Daha əvvəl yığmanın digər iki futbolçusu - Təmkin Xəlilzadə və Rahil Məmmədovun koronavirusa yoluxduğu bəlli olub. Onlar Xorvatiyada karantinə alınıb.

"Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!