Azərbaycanla matçın “11-liy”i – Lüksemburq yığmasının

17 Noyabr 2020 16:40 Milli komanda 584
Azərbaycanla matçın “11-liy”i – Lüksemburq yığmasının

Millətlər Liqasının son turunda Azərbaycan yığmasını qəbul edəcək Lüksemburqun təxmini heyəti müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Lyuk Holts bugünkü qarşılaşmada 4-5-1 taktiki sxemindən istifadə edəcək.

51 yaşlı mütəxəssis çərçivəni Entoni Morisə həvalə edəcək. İtkilərin fonunda müdafiənin mərkəzində Lars Gersona Enes Mahmutoviç tərəfdaşlıq edəcək.

Müdafiənin cinahları çalışdırıcını narahat edən əsas mövqelərdir. Çünki zədəli olan Mika Pinto və Loren Yansın iştirakı sual altındadır. Həmkarlarımız onların müvafiq olaraq sol və sağ cinahda qərarlaşacağını proqnozlaşdırırlar.

Yüngül zədəsi olan yarımmüdafiəçilər Leandro Barreiro və Aldin Skenderoviçin müdafiə xəttinin önündə yer alması gözlənilir.

Vinsen Till pleymeyker funksiyasını icra edəcək. Gerson Rodriges sol, Danel Sinani isə sağ cinahdan hücuma dəstək verəcəklər. Komandanın əsas qol silahı isə Edvin Muratoviç olacaq.

“Jozi Bartel” stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan görüşü Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!