"Azərbaycan 2 topdan artıq buraxmır, bizə çətin olacaq"

17 Noyabr 2020 20:00 Milli komanda 440
"Azərbaycan 2 topdan artıq buraxmır, bizə çətin olacaq"

"Tamamilə öz oyunumuza köklənmişik. Şansımızı saxlamaq üçün bizə 3 xal lazımdır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Lüksemburq yığmasının futbolçusu Lars Gerson "wort.lu" saytına açıqlamasında UEFA Millətlər Liqasının VI turunda Azərbaycanla keçirəcəkləri oyun barədə danışarkən deyib.

30 yaşlı müdafiəçi Canni De Byazinin başçılıq etdiyi komandanın son 2 matçda qol buraxmadığını xatırladıb: "Azərbaycan millisi son oyunlarda fərqli çıxış edir.

Bir faktı deyim ki, komanda 2 topdan artıq buraxmır. Bizə çətin olacaq. Təəssüf ki, heyətimiz rəqibdəki kimi geniş deyil. İdeyamızı dəyişməli olacağıq. Oyuna nəzarət edən tərəf biz olmalıyıq".

Bu gün "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti