Azərbaycan futbolu De Byazi ilə "dibə vurur"

17 Noyabr 2020 19:00 Milli komanda 712
Azərbaycan futbolu De Byazi ilə "dibə vurur"

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu turuna start veriləcək

Sportinfo.az xəbər verir ki, C liqası, 1-ci qrupunda qərarlaşan Azərbaycan yığması Lüksemburqun qonağı olacaq.

Millimiz qrupda sonuncu yeri tutmamaq üçün millimiz mütləq qalib gəlməlidir. Çünki eyni vaxtda başlayacaq digər görüşdə Kipr Monteneqronu məğlub edə bilər.

De Byazinin komandası taleyini monteneqroluların uduzmamasına bağlamamaq üçün Lüksemburqda 3 xal qazanmağa borcludur.

Bununla da komanda Bakıdakı 1:2 hesablı məğlubiyyətin revanşını ala bilər. Son dörd oyunda qol vura bilməyən yığma hücumdakı dişsizliyi unutdurmalıdır.

Ardıcıl qolsuz heç-heçələri sıralayan futbolçularımız qalib gəlsə, rəqibin B liqası arzusunun üstündən də xətt çəkə bilər.

Lüksemburqun Joze Bartel stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!