Millimiz iki yol ayrıcında – Dərdimiz çox, kömək edənimiz yox

17 Noyabr 2020 17:40 Milli komanda 773
Millimiz iki yol ayrıcında – Dərdimiz çox, kömək edənimiz yox

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, yığmamız Millətlər Liqasının qrup mərhələsində son matçına çıxacaq.

Canni de Byazinin baş məşqçisi olduğu komanda turnirə səfər qarşılaşması ilə yekun vuracaq. C liqasının 1-ci qrupunda mübarizə aparan millimiz Lüksemburqda bu ölkənin yığması ilə qarşılaşacaq.

Qrup qalibi kimi B liqasına yüksəlmək şansını itirən komandamız üçün VI turun görüşü turniri başa vurmaq baxımından əhəmiyyətlidir.

Yığmamız hazırda qərarlaşdığı 3-cü pilləni qorumağı bacarsa, yarışla vidalaşacaq. 4-cü sıraya yuvarlanmaq isə C liqasında qalmaq uğrunda pley-off matçlarına qatılmaqla nəticələnəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti