Azərbaycan yığmasından belə-belə işlər…

17 Noyabr 2020 13:20 Milli komanda 505
Azərbaycan yığmasından belə-belə işlər…

Bu gün Azərbaycan millisi Millətlər Liqasında son oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, yığmamız tarixində 6-cı dəfə öz matçını noyabrın 17-də keçirəcək.

Lüksemburqla səfərdə qarşılaşacaq komandamız indiyədək 5 dəfə bu tarixdə qüvvəsini sınayıb. İlk belə görüş 16 il əvvəl Bolqarıstanla yoxlama matçı olub. Həmin görüşdə qol vurulmayıb.

Bu gündə Finlandiya və Monteneqroya uduzan millimiz son iki qarşılaşmada uğur qazanıb. Yığmamız Moldova və Farer adalarını məğlubiyyətə uğradıb.

Komandamız uduzduğu matçlardakı hesablarla qalib gəlib. Bu üzdən də qələbə ilə məğlubiyyət sayı kimi noyabrın 17-də vurulan və buraxılan qol sayı da bərabərdir – 5:5 (apasport.az).

17 noyabr 2004. Bakı. YO. Azərbaycan – Bolqarıstan – 0:0
17 noyabr 2007. Helsinki. AÇ. Finlandiya – Azərbaycan – 2:1
17 noyabr 2010. Podqoritsa. YO. Monteneqro – Azərbaycan – 2:0
17 noyabr 2015. Bakı. YO. Azərbaycan – Moldova – 2:1
17 noyabr 2018. Bakı. ML-D. Azərbaycan – Farer adaları – 2:0
YO – yoldaşlıq oyunu, AÇ – Avropa çempionatının seçmə oyunu, ML-D – Millətlər Liqasının D liqası

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!