Millimiz xüsusi polis patrulu ilə qorunur - Lüksemburqda

17 Noyabr 2020 09:20 Milli komanda 402
Millimiz xüsusi polis patrulu ilə qorunur - Lüksemburqda

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqla qarşılaşacağı “Jozi Bartel” stadionunda və onun ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.

Sportinfo.az xəbər verir ki, millimiz gecə-gündüz müşayiət olunur.

Komandamızın qaldığı otelin qarşısında daimi polis patrulu yerləşdirilib. Yerli federasiya dronlardan istifadənin qadağan edilməsi üçün Nəqliyyat Nazirliyinə müraciət edib. Nazirlik stadion yaxınlığında vəziyyətin izləniləcəyini bildirib.

2018/19 mövsümündə Avropa Liqasının qrup mərhələsinin “Düdelanj” – “Qarabağ” oyununda (1:4) ermənilər tərəfindən təxribat törədilmişdi.

Matçın birinci hissəsində Ağdam klubunun 30-cu dəqiqədə vurduğu ikinci qoldan sonra stadionun üzərinə dronla separatçı rejimin bayrağı gətirilmişdi. Millimizin Lüksemburqda xüsusi qorunması da məhz həmin təxribatla əlaqədardır.

Lüksemburq – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda