Mahir Emreli: "Bir səhv mənə baha başa gəldi"

16 Noyabr 2020 22:00 Milli komanda 823
Mahir Emreli: "Bir səhv mənə baha başa gəldi"

“Rəqibin potensialına bələdik. Ağır oyun olacağını bilirik. Qrupun son oyunudur.

Azərbaycana qalib kimi dönmək istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik".

bunu Azərbaycan yığmasının futbolçusu Mahir Emreli səfərdə Lüksemburqla keçirəcəkləri UEFA Millətlər Liqasının VI tur matçından əvvəl mətbuat konfransında deyib.

23 yaşlı hücumçu bu rəqiblə Bakıdakı qarşılaşmada qırmızı vərəqə alaraq komandasını azlıqda qoyduğunu xatırladıb. Emrelinin fikrincə, bu, hər bir futbolçunun başına gələ biləcək hadisədir:

"Bir səhv etdim və bu, mənə baha başa gəldi. Qisas barədə düşünmürəm. Bakıdakı oyunda məğlub olmamalı idik. Azlıqda qalmağımıza baxmayaraq qol vurmuşduq. Həmin oyunun psixoloji təsirini üzərimizdən atmasaq, bizə çətin olar. Mən artıq o anı unutmuşam".

İstedadlı forvard yığmanın az qol vurması ilə bağlı da fikirlərini bölüşüb: "Hər oyunda fərqlənmək imkanımız olub, ancaq istifadə edə bilməmişik. Bunu təcrübəsizlik və ya şanssızlıqla əlaqələndirməzdim. Elə oyun olur ki, ələ düşən fürsətdən maksimum istifadə edirsən, elə oyun olur alınmır”.

Noyabrın 17-də "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti