"Futbolçulara anlatdım ki, mən onlardan daha zəif heyətlə AÇ-a vəsiqə qazanmışam"

16 Noyabr 2020 21:40 Milli komanda 830
"Futbolçulara anlatdım ki, mən onlardan daha zəif heyətlə AÇ-a vəsiqə qazanmışam"

Qrupun son oyunudur. 8 ildir birlikdə oynayan komandaya qarşı mübarizə aparacağıq. Biz isə indiyədək cəmi 30 məşq keçirmişik".

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi səfərdə Lüksemburqla keçirəcəkləri UEFA Millətlər Liqasının VI tur matçından öncə mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, rəhbərlik etdiyi komanda yavaş-yavaş inkişaf edir: "Qol epizodları yaradırıq, amma istifadə edə bilmirik. Hücumda son anda dəqiqlik çatışmır. Sabah çətin oyun olacaq. Onu deyə bilərəm ki, debüt oyunumuzdan fərqli olacaq".

De Byazi Sloveniya ilə oyunda heyətdə eksperiment apardıqlarını, sabah isə ən yaxşı heyətin meydanda olacağını diqqətə çatdırıb:

"Təəssüf ki, müxtəlif səbəblərdən Abbas Hüseynov, Təmkin Xəlilzadə və Rahil Məmmədov komandaya kömək edə bilməyəcək. Bizim üçün vacib oyundur və çalışacağıq ki, son oyunda qalib gələk.

Yaxşı oyunçularımız var. Futbolçuların qidalanmasından tutmuş istirahətlərinədək hər kiçik detala diqqət yetirirəm. İlk gündən dediyim kimi, mentaliteti dəyişməliyik.

Onalara izah etmişəm ki, potensialları var. Futbolçulara anlatdım ki, mən onlardan daha zəif heyətlə Avropa çempionatının final məhələsinə vəsiqə qazanmışam. Futbolçular öz potensiallarına güvənməlidirlər”.

Noyabrın 17-də "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!