"Hamı Azərbaycanlla yaxşı oynamadığımızı deyir, bunun da səbəbləri var"

16 Noyabr 2020 22:20 Milli komanda 510
"Hamı Azərbaycanlla yaxşı oynamadığımızı deyir, bunun da səbəbləri var"

“Hamı yaxşı oynamadığımızı deyir. Ancaq bunun da səbəbləri var”.

Sportinfo.az xəbər verir ki, bunu Monteneqro yığmasının məşqçisi Miodraq Djudoviç Millətlər Liqasının V turunda Azərbaycanla keçirilən oyun barədə danışarkən deyib.

41 yaşlı mütəxəssis Xorvatiyanın Zapreşiç şəhərində keçirilən və 0:0 hesabı ilə yekunlaşan qarşılaşmanı öncədən hazırlaşdıqları kimi keçirmədiklərini etiraf edib:

“Azərbaycanla matçı həftəboyu hazırlaşdığımız kimi keçirə bilmədik. Əslində, oyun sistemini dəyişdirmək, yenilik təqdim etmək və daha çox hücum taktikası qurmaq fikrimiz var idi.

Ancaq gündən-günə artan zədələrdən, koronavirus pandemiyasından və digər səbəblərdən köhnə sistemə qayıtmalı olduq. Bəzi rotasiyalar dəyişiklik etməyimizə mane oldu. Ancaq son matçda qalibiyyətdən başqa yolumuz yoxdur”.

Qrupda birinci pilləyə yüksələn Monteneqro son tur çərçivəsində sabah Kiprlə qarşılaşacaq. Millimiz isə həmin gün Lüksemburqun qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"