Ramil Şeydayev "instagram"da milli haqda nələr yazdı?

16 Noyabr 2020 20:40 Milli komanda 896
Ramil Şeydayev "instagram"da milli haqda nələr yazdı?

"Biz öz evimizə 3 xalı gətirə bilmədik, amma ruhdan düşmürük".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev UEFA Millətlər Liqasının V turunda Monteneqro ilə qolsuz heç-heçə etdikləri oyundan sonra "instagram" hesabında yazıb.

"Sabah"da çıxış edən 24 yaşlı hücumçu qrup mərhələsinin sonuncu turunda Lüksemburqla oynayacaqları matça hazırlaşdıqlarını vurğulayıb: "Biz komandayıq və mütləq uğura birlikdə nail olacağıq".

Noyabrın 17-də "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti