Azərbaycan yığması ciddi təhlükə ilə üzləşdi

15 Noyabr 2020 22:00 Milli komanda 1 277
Azərbaycan yığması ciddi təhlükə ilə üzləşdi

Azərbaycan yığması Millətlər Liqasında təhlükə ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, bu təhlükə C liqasını tərk etməklə nəticələnə bilər.

Hazırda 1-ci qrupda 3-cü pillədə qərarlaşan Canni de Byazinin yetirmələri sonuncu – VI turda 4-cü yerə yuvarlanmaq ehtimalı ilə üz-üzə qalıb.

Bu baş versə, millimiz qrup sonuncularının C liqasında qalmaq uğrunda pley-off matçlarına yollanacaq ki, hadisələrin belə axarında yığma D liqasına yuvarlanmaq riski ilə üzləşəcək.

Hər şeyə isə noyabrın 17-də keçiriləcək son tur aydınlıq gətirməlidir. 5 xala malik millimizin sonuncu olmamaq uğrundakı rəqibi Kiprdir.

Autsayderlər artıq 2-ci yer şansını da itirib. Hər iki komanda qrupda son matçı səfərdə keçirəcək. Azərbaycan Lüksemburqun, Kipr Monteneqronun qonağı olacaq.

De Byazinin yetirmələri həm 1 xal öndə, həm də şəxsi oyunlardakı (1:0, 0:0) nəticələrə görə daha üstün durumdadır. Yəni yığmanın taleyi öz əlindədir.

Digər qarşılaşmanın nəticəsindən asılı vəziyyətə düşməmək üçün millimiz mütləq qalib gəlməlidir. İstənilən xal itkisi nəzərləri digər qarşılaşmaya yönəldəcək.

Millimiz qalib gəlməsə (heç-heçə və məğlubiyyətin heç bir fərqi yoxdur), Kiprin də xal itirməsinə ümid etməlidir. Əgər sonuncular səfərdə 3 xal əldə etsə, de Byazili milli fiasko ilə üzləşib pley-offa düşəcək.

C liqasında qalmaq uğrunda pley-off 2022-ci ilin martında keçiriləcək. Hazırda mövcud turnir cədvəllərinə əsasən Qazaxıstan, Moldova və Estoniya yığmaları Kipr kimi qrup sonuncusudur (apasport.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti