Bəlkə qol vurmayacağınıza söz vermisiz, xəbərimiz yoxdur?

15 Noyabr 2020 18:40 Milli komanda 797
Bəlkə qol vurmayacağınıza söz vermisiz, xəbərimiz yoxdur?

Millətlər Liqasının V turunda Monteneqro ilə qarşılaşan Azərbaycan millisi meydanı qolsuz bərabərliklə tərk edib.

Sportinfo.az xəbər verir ki, Canni de Byazinin yetirmələri Xorvatiyanın Zapreşiç şəhərində keçirdiyi ev matçında rəqib qapısına yol tapa bilməyib – 0:0

III turda məhz Monteneqroya qarşı səfər matçı (0:2) ilə başlayan uğursuz seriya davam edib. Turnir çərçivəsində Kiprlə və yoldaşlıq görüşündə Sloveniya ilə qolsuz bərabərə qalan yığmamızın həsrəti 4 oyuna yüksəlib.

Millimiz noyabrın 17-də Millətlər Liqasının son turunda Lüksemburqun qonağı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti