Millətlər Liqasının VI turunda Azərbaycan yığması ilə qarşılaşacaq Lüksemburq itkilərlə üzləşib.
Cırtdan ölkə təmsilçisinin iki futbolçusu noyabrın 17-dəki qarşılaşmada iştirak etməyəcək.
Buna səbəb oyunçuların cəzalı duruma düşməsidir. Noyabrın 14-də Kiprlə səfərdə keçirilən matçda qırmızı vərəqə alan Vahid Selimoviç növbəti oyunu buraxacaq.
Dirk Karlson isə turnirdə ikinci dəfə xəbərdarlıq aldığı üçün Millətlər Liqasını başa vurub.
Lüksemburq Kiprlə səfər matçında 1:2 hesabı ilə uduzub.

