Uduzmaq əyləncədirmi?

15 Noyabr 2020 14:20 Milli komanda 746
Uduzmaq əyləncədirmi?

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatlarının seçmə mərhələlərində 80-ci məğlubiyyətini alıb.

Sportinfo.az xəbər verir ki, bu, İsveçrə ilə səfər qarşılaşmasına təsadüf edib.

Tyunda 1:2 hesabı uduzan millimiz bunadək 79 dəfə məğlub olmuşdu. 80-ci yenilgi 112-ci qarşılaşmaya təsadüf edib.

Bu isə o deməkdir ki, komandamız keçirdiyi görüşlərin 71 faizində uduzub.

Avropa arenasında 1994-cü ildə debüt edən Azərbaycan yığması arxada qalan müddətdə 13 qələbə qazanıb və 19 heç-heçə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti