"indi hər şey öz əlimizdədir"

15 Noyabr 2020 20:40 Milli komanda 596
"indi hər şey öz əlimizdədir"

“Stefan Saviçin yoxluğu bizim üçün böyük itki idi. Ancaq onu əvəz edən Aleksandar Sofranaç maksimum gücünü ortaya qoyaraq, xal qazanmağımıza kömək oldu”.

Sportinfo.az xəbər verir ki, bunu Monteneqro yığmasının mərkəz müdafiəçisi İqor Vuyaçiç Millətlər Liqasının V turunda Azərbaycanla keçirilən oyun barədə danışarkən deyib.

26 yaşlı futbolçu qolsuz bərabərliklə yekunlaşan görüşün nəticəsindən razılıq bildirib:

“Azərbaycan ikinci hissəni bütünlüklə hücumda keçirdi. Ancaq bizim də ara-sıra hücumlarımız oldu. Hətta qol da vura bilərdik. Çox vacib xal qazandıq, indi hər şey öz əlimizdədir. Komandada heç bir arxayınlıq olmayacaq. Son turda Kiprlə matça 3 xal qazanmaq və B liqasına yüksəlmək arzusu ilə hazırlaşacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti