“Hər uğur bizim üçün vacibdir. İstədiyimiz nəticələri uzun müddət idi ki, ala bilmirdik”.
bunu Monteneqro yığmasının kapitanı Stevan Yovetiç Millətlər Liqasının V turunda Azərbaycanla keçirilən oyun barədə danışarkən deyib.
Fransanın “Monako” klubunun hücumçusu 0:0 hesabı ilə başa çatan matçı dəyərləndirib: “Meydana qələbə üçün çıxmışdıq. Ancaq komanda yoldaşımızın qırmızı vərəqə alması planımızı pozdu.
Sona 20 dəqiqə qalmış Lüksemburqun hesabda geridə olduğunu və azlıqda çıxış etdiyini öyrəndik. Bundan sonra müdafiədə oturmağa və nəticəni qorumağa qərar verdik.
Nəticəyə oynamaq anlayışı bizdə o qədər də yaxşı deyil. Bu gün bunu bacardığımız üçün sevinirəm. Əsl xarakter nümayiş etdirərək, lazım olan nəticəni qazandıq”.

