Komandamız bu gecə uduzmasa…

14 Noyabr 2020 20:40 Milli komanda 854
Komandamız bu gecə uduzmasa…

Millimizin bu gün Monteneqro ilə Xorvatiyanın Zapreşiç şəhərində keçirəcəyi qarşılaşma rəsmi turnirlərdə 137-ci matç olacaq.

Sportinfo.az xəbər verir ki, dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 136 oyuna çıxan komanda 16 qələbə qazanıb, 28 heç-heçə edib.

Komandamız uduzmasa, tarixində 45-ci dəfə xal qazanacaq. Milli indiyədək 92 dəfə uduzub. Rəqib qapılarına 79 qol vuran futbolçularımız indiyədək 279 top buraxıb.

Millətlər Liqasında – 11-ci dəfə meydana çıxacaq yığma indiyədək 10 qarşılaşmada qüvvəsini sınayıb. Komandamız 3 qələbə qazanıb, 4 heç-heçə edib və 3 dəfə uduzub. Milli 9 qol vurub, 10-nu buraxıb.

"İvan Laylak-İviç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro matçı Bakı vaxtı ilə saat 21:00-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti