Üçündən biri, yaxud…

14 Noyabr 2020 17:00 Milli komanda 635
Üçündən biri, yaxud…

Azərbaycan millisi növbəti oyununu bu gün keçirəcək.

Sportinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda UEFA Millətlər Liqasının V turunda Monteneqronu qəbul edəcək.

C Liqasının 1-ci qrupundakı qarşılaşma ölkədəki hərbi vəziyyətlə əlaqədar Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda baş tutacaq.

Bu, millimizin 2020-ci ildə 6-cı sınağı olacaq. Lüksemburqa 1:2, Monteneqroya 0:2 hesabı ilə uduzan yığma Kipri 1 qolla üstələyib. Sonuncularla ikinci qarşılaşmada, həmçinin Sloveniya ilə yoldaşlıq görüşündə qol qeydə alınmayıb

Həm bu il, həm də italiyalı baş məşqçi Canni de Byazi ilə 5 matça çıxan komandanın hesabında 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət var. Futbolçularımız bu görüşlərdə 2 dəfə fərqlənibsə, rəqiblər 4 qola sevinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti