Bu gün Azərbaycan yığması Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, C liqasının 1-ci qrupunda mübarizə aparan millimiz Monteneqro ilə qarşılaşacaq.
V turun qarşılaşması Canni de Byazinin komandasının son ev oyunu olacaq.
Rəqibini ölkə xaricində qəbul etməli olan yğmamız Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Laylak-İviç” stadionuna çıxacaq. Futbolçularımız dünən adıçəkilən arenada son məşqə çıxıb.

