“Emil Balayevlə yaxşı həmkar, dost və qardaş münasibətimiz var”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyev deyib.
O, Millətlər Liqasının V turunun Monteneqro ilə görüşü öncəsi təşkil olunan mətbuat konfransında sabah Xorvatiyanın Zapreşiç şəhərində keçiriləcək qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Onunla rəqabət aparmaq çətindir. Xalqımızın qələbə qazandığı vacib günlərdə biz də çalışacağıq meydandan qalib kimi ayrılaq”.
Yığmamızın “İvan Laylak-İviç” stadionunda keçirəcəyi ev matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

