"Azərbaycan keyfiyyətli komanda olduğunu göstərdi"

13 Noyabr 2020 22:00 Milli komanda 617
"Azərbaycan keyfiyyətli komanda olduğunu göstərdi"

“Azərbaycan millisi ilk oyunda nümayiş etdirdiyi futbolla keyfiyyətli komanda olduğunu göstərdi".

Sportinfo.az xəbər verir ki, bunu Monteneqro yığmasının qapıçısı Milan Miyatoviç Azərbaycanla keçirəcəkləri UEFA Millətlər Liqasının V tur matçından öncə mətbuat konfransında deyib.

33 yaşlı qolkiper qrup liderliyi uğrunda mübarizə apardıqlarını xatırladıb: "Bu oyunda Lüksemburqla qarşılaşmada buraxdığımız səhvləri təkrarlamamağa çalışacağıq”.

Noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərində keçiriləcək Azərbaycan - Monteneqro matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti