Millimiz üzərində qələbəni "möhtəşəm" adlandırdı

13 Noyabr 2020 21:20 Milli komanda 639
Millimiz üzərində qələbəni "möhtəşəm" adlandırdı

"Bu, mürəkkəb oyunda möhtəşəm qələbə idi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət İsveçrə millisinin baş məşqçisi Mauro Lustrinelli evdə Azərbaycana 2:1 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə mərhələ matçından sonra deyib.

44 yaşlı mütəxəssis geriyə düşdükləri oyundan sonra oynamağın asan olmadığını bildirib: "Rəqib bizə oynamaq imkanı vermirdi. Ancaq sona qədər özümüzə inandıq. Düşünürəm ki, bu nəticə axıradək qələbəyə inanan möhtəşəm komanda olduğumuz üçün meydana gəldi".

Lustrinelli Azərbaycan yığmasına qarşı ən yaxşı oyunlarını sərgiləyə bilmədiklərini söyləyib: "İradə, sona qədər hər şeyi vermək və oyunu qazanmaq əzmi inanılmazdır. Bunlara görə qələbə qazandıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti