"Azərbaycandan daha yaxşı olduğumuzu göstərdik"

13 Noyabr 2020 17:20 Milli komanda 959
"Azərbaycandan daha yaxşı olduğumuzu göstərdik"

"Qələbə qazanmaq çox əyləncəlidir".

Sportinfo.az xəbər verir ki, bunu İsveçrənin 21 yaşadək futbolçulardan ibarət yığmasının futbolçusu Sedrik Tseziger Avropa çempionatının seçmə mərhələsində Azərbaycana 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Ölkəsinin "Yanq Boyz" klubunda çıxış edən müdafiəçi matçı qarşılıqlı hücumlar şəraitində keçən döyüş adlandırıb: "İlk hissədə istədiyimiz qol epizodları yarada bilmədik. İkinci yarıda isə keyfiyyətimizi və rəqibdən daha yaxşı olduğumuzu göstərdik".

9 oyundan 24 xal toplayan İsveçrə II qrupun lideridir. Azərbaycan millisi isə seçmə mərhələni 6 xalla 6 komanda arasında 5-ci yerdə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 09:00 "Neftçi"dən yeni satış