Bu cütlük millimizin hücumçularının qarşısını kəsməyəcək

13 Noyabr 2020 11:20 Milli komanda 591
Bu cütlük millimizin hücumçularının qarşısını kəsməyəcək

Monteneqro yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Azərbaycanla oyununa itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, müdafiəçilər Marko Simiç və Momçilo Raspopoviç qarşıdakı görüşü buraxacaqlar.

Müvafiq olaraq Latviya "Liepaya"sı və Xorvatiya "Riyeka"sında oynayan futbolçular cəza səbəbindən meydana çıxa bilməyəcəklər.

Noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda keçiriləcək Azərbaycan - Monteneqro oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti