Hesabı açdıq, 20 zərbə yedik, sonra… - FOTO

13 Noyabr 2020 00:42 Milli komanda 819
Hesabı açdıq, 20 zərbə yedik, sonra… - FOTO

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin İsveçrə ilə oyununun statistikası açıqlanıb.

Sportinfo.az xəbər verir ki, UEFA Avropa çempionatının seçmə mərhələ matçının göstəricilərini hesablayıb.

Tyun şəhərindəki “Tyun Arena”da təşkil olunan matçda komandamız son dəqiqələrdə buraxdığı qolla uduzub.

Statistikaya nəzər yetirsək, isveçrəlilərin üstünlüyünü sezmək çətin deyil. Komandamız yalnız sarı vərəqələrin və qayda pozuntularının sayında rəqibini üstələyib.

İsveçrə – Azərbaycan
Qollar – 2:1
Zərbələr - 20:8
Çərçivəyə zərbələr – 7:5
Çərçivəyə düşməyən zərbələr – 9:3
Bloklanan zərbələr – 4:0
Künc zərbələri – 6:5
Sarı vərəqələr – 0:1
Qayda pozuntuları- 9:12

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti