“Azərbaycanla oyun fərqli keçəcək, qrup birincisi olacağıq"

12 Noyabr 2020 17:20 Milli komanda 591
“Azərbaycanla oyun fərqli keçəcək, qrup birincisi olacağıq"

“Yaxşı futbol oynamağa çalışdıq, amma meydançanın durumu buna imkan vermədi”.

Bunu Monteneqro yığmasının hücumçusu Dino İslamoviç Qazaxıstanla keçirilən yoldaşlıq görüşü barədə danışarkən deyib.

Norveçdə “Rusenborq”un formasını geyinən 26 yaşlı oyunçu Millətlər Liqasında Azərbaycan və Kipr üzərində qələbəyə ümid edir:

“Düşünürəm ki, Azərbaycan və Kiprlə oyun budəfəkindən fərqli olacaq. Məncə, Lüksemburq ən azı bir matçda büdrəyəcək. İnanıram ki, biz də hər iki görüşdə qələbə qazanıb qrup birincisi olacağıq”.

Monteneqro Millətlər Liqasının son matçlarını noyabrın 14-də Azərbaycan, 17-də Kiprə qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti