"Tələbkar komandadır, onlar da futbol oynamağı bacarır"

12 Noyabr 2020 21:40 Milli komanda 706
"Tələbkar komandadır, onlar da futbol oynamağı bacarır"

"Milliyə qayıtmaq xoşdur. Təəssüf ki, nəticə istədiyimiz kimi yaxşı olmadı".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Sloveniya yığmasının futbolçusu Yosip İliçiç yerli telekanallardan birinə açıqlamasında Azərbaycanla yoldaşlıq oyunu barədə danışarkən deyib.

32 yaşlı hücumameylli yarımmüdafiəçi rəqibin yaxşı komanda olduğunu bildirib: "Sübut etdik ki, oynamağı bacarırıq. İndikindən daha yaxşı ola bilərik. Azərbaycan real və tələbkar komandadır. Onlar da futbol oynamağı bacarır".

"Atalanta"da çıxış edən ulduz 1 illik fasilədən sonra milliyə qayıdışını da şərh edib: "Yığmada çox şey dəyişib. Ona görə qayıtdım ki, bu, mənim sonuncu şansımdır. Danışmaqdansa, daha çox çalışmalıyıq. Hər komandaya vaxt lazımdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti