Millidə atalarının yolu ilə gedənlər

12 Noyabr 2020 20:20 Milli komanda 726
Millidə atalarının yolu ilə gedənlər

Sloveniya ilə yoldaşlıq oyunu daha bir futbolçunun Azərbaycan millisində debütü ilə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, matçın ikinci hissəsində Musa Qurbanlı meydana daxil olub.

Bu, 18 yaşlı hücumçunun millidə ilk oyunudur. O, yığmanın tarixinə 244-cü futbolçu kimi düşüb.

Musaya qədər əvvəlki 260 qarşılaşmada 243 oyunçu şans qazanıb. Qurbanlı yığmanın ən yaxşı bombardiri Qurban Qurbanovun oğludur. Bununla da millidə növbəti futbolçu ailəsinin oynamağı rəsmiləşib.

Qurbanovla Qurbanlıdan öncə millidə ata-oğul kimi Şahin və Coşqun Diniyevlər oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti