“Yenidən millinin toplanışında olmaq xoşdur. Klubda hər şey yaxşı gedir, həm komanda, həm öz çıxışımdan razıyam”.
Sportinfo.az xəbər verir ki, bunu Monteneqro millisinin futbolçusu Miloş Rayçkoviç deyib.
“Buduçnost”un yarımmüdafiəçisi Millətlər Liqasının noyabrın 14-də Azərbaycan, üç gün sonra Kiprə qarşı keçiriləcək görüşlər barədə fikirlərini açıqlayıb:
“Millətlər Liqası qarşılaşmalarında hər şey mümkündür. Həm Azərbaycan, həm də Kipr yığması səviyyəli futbolçulara malik olduqlarını göstərib. Bu üzdən də onların Lüksemburqa qalib gələcəyinə ümid edirik”.

