"İlk hissəni pis keçirdik, aqressiya çatmırdı, topa gecikirdik"

12 Noyabr 2020 02:30 Milli komanda 776
"İlk hissəni pis keçirdik, aqressiya çatmırdı, topa gecikirdik"

Sloveniya yığmasının baş məşqçisi Matyaj Kek Azərbaycan millisinə qarşı keçirdikləri yoldaşlıq matçını şərh edib.

Sportinfo.az xəbər verir ki, 59 yaşlı mütəxəssis qolsuz bitən görüşdən sonrakı mətbuat konfransında bunları söyləyib:

“İlk hissəni pis keçirdik, aqressiya çatmırdı, topa gecikirdik. Rəqib çox yaxşı oyun göstərdi. Xüsusən, çox yaxşı qapanırdı.

Biz isə topu qəbul edəndə daha çox İliçiçi topla təmin etməyə çalışırdıq. Bu da effekt vermirdi. İkinci hissə daha yaxşı oynadıq, amma yenə də qol epizodları yaratmaq tam alınmırdı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti