Daha bir futbolçu ilə gücləndi

11 Noyabr 2020 23:00 Milli komanda 597
Daha bir futbolçu ilə gücləndi

Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Monteneqronun heyətində daha bir dəyişiklik olub.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Faruk Hadzibeqiç noyabrda keçiriləcək oyunlar üçün heyətə daha bir futbolçu əlavə edib.

Bu, yarımmüdafiəçi Branislav Yankoviçdir. O, yoxlama oyunu çərçivəsində Qazaxıstan, Millətlər Liqasının Azərbaycan və Kiprlə görüşəcək komandasının hazırlıqlarına qatılıb.

Qeyd edək ki, noyabrın 14-də Azərbaycan millisi ilə görüşəcək Monteneqro yığmasına daha 8 futbolçu cəlb olunmuşdu.

Bunlar müdafiəçiləri Aleksandar Şofranaç, Darko Bulatoviç (hər ikisi “Sutyeska”), Marko Vukçeviç, yarımmüdafiəçilər Anjelko Yovanoviç (hər ikisi “Podqoritsa”), Lika Mirkoviç, Miloş Rayçkoviç, hücumçular İqor İvanoviç (hamısı “Buduçnost”), Milutin Osmaiçdir (“Sutyeska”).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti