Bu gün Azərbaycan millisi yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Canni De Byazinin baş məşqçi olduğu komanda Lyublyana şəhərində Sloveniyanın qonağı olacaq.
Qarşılaşmanı macarıstanlı referi Ferents Karako idarə edəcək.
Bu, De Byazinin rəhbərliyi altında ilk yoldaşlıq matçı olacaq. Digər tərəfdən, Azərbaycan yığması tarixində ilk dəfə Sloveniya ilə üz-üzə gələcək. Milli bu rəqiblə seçmə mərhələlərdə və yoldaşlıq oyunlarında qarşılaşmayıb.
Komandaya noyabr ayındakı 3 oyun üçün 29 futbolçu dəvət olunub. Həmin siyahıda heç bir legioner yer almayıb. Sloveniya ilə duel yığmanın Millətlər Liqasındakı qarşılaşmalarına hazırlıq məqsədi daşıyacaq.
“Stojitse” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Komandalar meydana aşağıdakı "11-lik"də çıxacaqlar.
Sloveniya: 1. Vid Belets, 2. Neyts Skubiç, 19. Mario Yurçeviç, 23. Kenan Bayriç, 17. Mixa Mevlya, 14. Yasmin Kurtiç, 8. Sandi Lovriç, 20. Qnezda Çerin, 10. Mixa Zayts, 11. Tim Matavj, 7. Yosib İliçiç
Azərbaycan: 1. Emil Balayev, 18. Anton Krivotsyuk, 5. Maksim Medvedev (k), 15. Bədavi Hüseynov, 19. Təmkin Xəlilzadə, 21. Amin Seydiyev, 6. Vüqar Mustafayev, 21. İsmayıl İbrahimli, 3. Azər Salahlı 11. Mahir Emreli, 17. Tellur Mütəllimov.
Canni De Byazi son anda heyətdə 2 dəyişiklik edib və Rahil Məmmədovla Musa Qurbanlı buradan kənarda qalıb. İtalyan mütəxəssis Rahili yüngül zədəsi səbəbindən «11-lik»dən çıxarıb, Musanı isə özünü həddən ziyadə həyacanlı hiss etməsi üzündən.
Hərçənd baş məşqçi dünən keçirilən son məşqdə açıqladığı əsas heyətdə onların adını çəkmişdi.
SPORTİNFO.AZ

