"Biz mütləq Azərbaycana qalib gəlməliyik"

11 Noyabr 2020 21:00 Milli komanda 636
"Biz mütləq Azərbaycana qalib gəlməliyik"

“Avstriya ilə oyuna nəticə əldə etmək üçün çıxmırıq. Əks-halda start heyətdə ən yaxşı oyunçularıma yer verərdim”.

Sportinfo.az “lessentiel.lu”ya istinadən xəbər verir ki, bu sözləri millimizin Millətlər Liqasındakı rəqibi Lüksemburqun baş məşqçisi Lük Holts Avstriya ilə yoldaşlıq oyunundan əvvəl açıqlamasında dilə gətirib.

17 noyabrda keçiriləcək matç Bakı vaxtı ilə 23:45-də start götürəcək. O, qarşıda Azərbaycanla keçirəcəkləri matçın ciddi olduğunu bildirib: “

Futbolçularıma rəsmi görüşlərə daha hazır olmaları üçün oyunda müəyyən qədər vaxt verəcəyəm. Qarşıda bizi Kipr və Azərbaycana qarşı çox ciddi iki oyun gözləyir.

Məqsədimiz B liqasına vəsiqə qazanmaqdır. Bunun üçün də qrupdakı son matçlarda mütləq qalib gəlməliyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti