"Fürsət verilsə, Azərbaycana qol vurmaq üçün əlimdən gələni edəcəm"

11 Noyabr 2020 13:20 Milli komanda 591
"Fürsət verilsə, Azərbaycana qol vurmaq üçün əlimdən gələni edəcəm"

"Uzun müddətdən sonra yenidən milli komandada olmaq çox xoşdur. Üç qarşılaşma olacaq və bu gün onlardan ilkini gerçəkləşdirəcəyik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Sloveniya yığmasının futbolçusu Tim Matavj bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl deyib.

Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vahda" klubunda çıxış edən 31 yaşlı hücumçu qarşıdakı matçlara yaxşı hazırlaşdıqlarını bildirib.

Matavj Azərbaycanla görüşdə qələbə qazanmaq istədiklərini söyləyib. "Yaxşı formadayam, oynayır, qol vururam. Fürsət verilsə, istifadə etmək üçün əlimdən gələni edəcəm".

Bu gün Lyublyana şəhərindəki “Stojitse” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti