Azərbaycan millisi 399 gündən sonra yoldaşlıq oyunu keçirəcək.
Sportinfo.az xəbər verir ki, sabah Sloveniya ilə səfər matçına çıxacaq komandamız sonuncu dəfə 2019-cu il oktyabrın 9-da bu statuslu görüş keçirib.
Həmin gün Riffada Bəhreynin qonağı olan yığmamız 3:2 hesabı ilə qalib gəlib. Ümumilikdə Lyublyanadakı qarşılaşma millinin tarixinə bu xarakterli 125-ci matç kimi düşəcək.
İndiyədək yoxlama oyunları və bu tip turnirlərdə 124 oyun keçirən yığmamız 34 qələbə qazanıb. Aktivində 42 heç-heçə olan komanda 48 dəfə uduzub. Futbolçularımız 115 qol vurubsa, rəqiblərin 157 dəfə fərqlənməsinə şahidlik edib.

