"Nəticə həmişə, hətta sabah Azərbaycanla oyunda da vacibdir"

10 Noyabr 2020 20:40 Milli komanda 603
"Nəticə həmişə, hətta sabah Azərbaycanla oyunda da vacibdir"

"Azərbaycan fiziki cəhətdən güclü və oyun tərzinə sahib olan komandadır".

bunu Sloveniya millisinin baş məşqçisi Matyaj Kek Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq matçından öncə mətbuat konfransında deyib.

Noyabrın 11-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 59 yaşlı mütəxəssis Azərbaycan seçməsini San Marino ilə müqayisə edib:

"Azərbaycan San Marinodan tamamilə fərqli və keyfiyyətli komandadır. Qarşılaşmanın Millətlər Liqasındakı Kosovo və Yunanıstana qarşı matça yaxşı hazırlıq olacağını düşünürəm.

Bu hazırlıq matçı olacaq, yoldaşlıq görüşü yox. Nəticə həmişə, hətta sabah da vacibdir. Altı əvəzetmə imkanı var və oyunun ortalarında az forma şansı əldə edənlərə fürsət verə bilərik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti