"Latsio"nun ulduzunu millimizin önündə görəcəyik

10 Noyabr 2020 11:20 Milli komanda 581
"Latsio"nun ulduzunu millimizin önündə görəcəyik

Monteneqro millisinin futbolçusu Adam Maruşiç komandanın düşərgəsinə qoşulub.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Qazaxıstanla yoldaşlıq oyununu buraxmalı olsa da, Millətlər Liqasında Azərbaycan və Kiprlə matçlarda meydana çıxa biləcək.

Daha əvvəl İtaliya mətbuatı "Latsio", "Roma", "Fiorentina", "Sassuolo" və "İnter"də oynayan futbolçuların milli komandalara buraxılmayacağını yazıb. Buna baxmayaraq, "Latsio"nun formasını geyinən Maruşiç icazə alaraq, yığmanın düşərgəsinə gəlib.

Monteneqro millisi noyabrın 11-də Podqoritsada Qazaxıstanla qarşılaşacaq. 3 gün sonra Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Ivić” stadionunda Azərbaycan millisinin qonağı olacaq komanda noyabrın 17-də Kipri qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti