Azərbaycan millisinin növbəti oyununun hakimləri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, yığmamızın Sloveniya ilə yoldaşlıq oyununu Macarıstandan olan hakimlər idarə edəcək.
Noyabrın 11-dəki qarşılaşmanın baş hakimi Ferens Karako olacaq. Lyublyanadakı görüşdə ona Peter Koborla İştvan Albert kömək edəcək. Dördüncü hakim funksiyasını sloveniyalı David Smajç yerinə yetirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

