Azərbaycanla oyundan elə şeylər gözləyirlər ki…

9 Noyabr 2020 13:20 Milli komanda 560
Azərbaycanla oyundan elə şeylər gözləyirlər ki…

"Niyə burada olduğumuzu yaxşı bilirik. İki oyun qrupdakı taleyimizi həll edəcək.

Həmin matçlarda bacardığımız qədər çox xal toplamaq və ilk pilləyə yüksəlmək üçün əlimizdən gələni etməliyik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Sloveniya yığmasının futbolçusu Amedey Vetrix "rtvslo.si" saytına açıqlamasında UEFA Millətlər Liqasında Kosovo və Yunanıstanla keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

30 yaşlı yarımmüdafiəçi bildirib ki, noyabrın 11-də Azərbaycan millisi ilə yoldaşlıq matçı rəsmi görüşlərə hazırlıq xarakteri daşıyacaq:

"Bu matça boşluqları görmək, mövqeləri gücləndirmək və əvvəlki qarşılaşmalarda göstərdiyimiz müsbət dinamikanı davam etdirmək üçün çıxacağıq.

Hər şeyə nikbin yanaşmalıyıq. Çünki yaxşı komandamız var. Bunu daha əvvəl sübut etmişik. Yenidən yüksək səviyyədə oynamalıyıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti