Millimizlə oyuna Adam çağırıldı - FOTO

9 Noyabr 2020 11:00 Milli komanda 683
Millimizlə oyuna Adam çağırıldı - FOTO

Sloveniya yığmasının baş məşqçisi Matyaj Kek Azərbaycanla yoldaşlıq, Kosovo və Yunanıstanla isə UEFA Millətlər Liqasının oyunları üçün daha bir futbolçuya dəvət göndərib.

Sportinfo.az xəbər verir ki, 59 yaşlı mütəxəssis Xorvatiya "Riyeka"sına məxsus yarımmüdafiəçi Adam Qnezda-Çerini komandaya cəlb edib.

Hazırda Almaniyanın "Nürnberq" klubunda icarə əsasında çıxış edən 21 yaşlı oyunçu ilk dəfə milliyə dəvət alıb.

Noyabrın 11-də Azərbaycanı qəbul edəcək Sloveniya yığması 4 gün sonra evdə Kosovo ilə üz-üzə gələcək. Komanda noyabrın 18-də isə Yunanıstanın qonağı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti