“Azərbaycanla oyunda komandamdan qələbə gözləyirəm”

9 Noyabr 2020 11:40 Milli komanda 972
“Azərbaycanla oyunda komandamdan qələbə gözləyirəm”

“Qazaxıstanla yoldaşlıq görüşünə ciddi yanaşırıq.

Əsasən xarici və yerli klublarda çox oynamayanlara şans veriləcək. Buna rəsmi matç gözü ilə baxırıq”.

Sportinfo.az xəbər verir ki, bunu Monteneqro yığmasının baş məşqçisi Faruk Hadzibeqiç deyib.

Noyabrın 11-də Podqoritsada Qazaxıstanla yoxlama oyunu keçirəcək Monteneqro üç gün sonra Millətlər Liqası çərçivəsində Xorvatiyanın Zapreşiç şəhərində Azərbaycan millisinin qonağı olacaq, ayın 17-də isə Podqoritsada Kipri sınağa çəkəcək.

Sabah başlayacaq təlim-məşq toplanışı öncəsi mətbuat konfransı keçirən Hadzibeqiç həm Azərbaycan, həm də Kiprlə qarşılaşmada qələbəyə ümid etdiyini söyləyib:

“Millətlər Liqasının son iki oyununda komandamdan qələbə gözləyirəm. Əlimizdəki şansdan istifadə etməyə çalışacağıq. Təbii ki, Lüksemburqun da son iki görüşün birində büdrəməsinə ümid edəcəyik.

Kollektivdə yaxşı ab-hava, qarşılıqlı inamımız var. Həmçinin futbolçularda ən yaxşı nəticəni əldə etmək üçün böyük istək görürəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti