"Kipr və Azərbaycandan birinin onları büdrədəcəyinə inanıram"

6 Noyabr 2020 14:00 Milli komanda 563
"Kipr və Azərbaycandan birinin onları büdrədəcəyinə inanıram"

"Kipr və Azərbaycandan birinin Lüksemburqu büdrədəcəyinə inanıram".

Sportinfo.az xəbər verir ki, bu açıqlama Monteneqro millisinin baş məşqçisi Faruk Hacibegiçə aiddir.

Monteneqro noyabrın 11-də Podqoritsada Qazaxıstanla qarşılaşacaq. Komanda üç gün sonra Xorvatiyanın Zapreşiç şəhərində Azərbaycan millisinin qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Monteneqro noyabrın 17-də isə Kipri qəbul edəcək.

Bosniyalı çalışdırıcı qrup mərhələsindən çıxacaqlarına inandığını bildirib: "Futbolçulardan matçlara eyni ciddiyətlə baxmalarını istəyirəm. Heç bir rəqibi aşağı səviyyədə görmürük, ancaq mümkün olan ən yaxşı nəticəni qazanmaq istəyirik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti