"Hər şeyə prezidentimiz Davor Şuker cavabdehdir".
Sportinfo.az xəbər verir ki, bu sözləri Xorvatiya Futbol Asssosiasiyasının I vitse-prezidenti Ante Vuçemiloviç Şimunoviç deyib.
Xorvatiya Futbol İttifaqı (HNS) Azərbaycan və Monteneqro yığmaları arasında UEFA Millətlər Liqasının oyununun təşkili qarşılığında simvolik məbləğ qazanacaq.
Noyabrın 14-də Zapreşiç şəhərindəki “Ivan Laljak-Ivić” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
Vitse-prezildent bu məsələ ilə bağlı danışıb: "Şukerin AFFA rəhbərliyi və Monteneqro Futbol İttifaqının prezidenti Deyan Saviceviçlə yaxşı münasibətləri var. Şuker hər şeyi etdi".
Şimunoviç bir neçə dəfə Şukerlə birlikdə Azərbaycana gəldiyini xatırladıb: "Əmin oldum ki, o, AFFA rəhbərliyi ilə yaxşı dostdur. Bu səbəbdən, Azərbaycan tərəfi Xorvatiyada oynamağı xahiş edəndə problem olmadı.
Əlbəttə, Şukerin Saviçeviçlə də münasibətləri yaxşıdır. Ona görə Monteneqro tərəfi də dərhal razılaşdı. Bəzi ilkin məlumatlara görə, matçın "Maksimir" stadionunda oynanılması lazım idi.
Amma sonra Zapreşiç seçildi. Bu barədə hazırda bir şey bilmirəm. Amma əsas razılığın əldə olunması və Azərbaycandan olan dostlarımızın ehtiyaclarını ödəməyimizdir".

