Xorvatiya Futbol İttifaqı (HNS) Azərbaycan və Monteneqro yığmaları arasında UEFA Millətlər Liqasının oyununun təşkili qarşılığında simvolik məbləğ qazanacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə "İnter"in (Zapreşiç) prezidenti Branko Lalyak "sportske.jutarnji" nəşrinə açıqlamasında məlumat verib.
Funksioner bildirib ki, hər iki komandanın matçını təşkil etmək onların yaxşı niyyətindən xəbər verir: "UEFA-nın və yerli qurumların standartlarına hörmət ediləcək.
Bir ay əvvəl Xorvatiya və İsveçrənin qadınlardan ibarət yığmaları arasındakı oyunu təşkil etdik. Hər şey yaxşı keçdi, ində də elə olacaq.
HNS bizə Azərbaycan ilə Monteneqro komandalarının matçının Zapreşiçdə keçirilməsini istədiklərini bildirdi, biz də razılaşdıq. Görüş "Maksimir"də oynanmalı idi? Bu barədə heç nə bilmirəm".
Nnoyabrın 14-də Zapreşiç şəhərindəki “Ivan Laljak-Ivić” stadionunda keçiriləcək Azərbaycan - Monteneqro matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

