"Hazırkı vəziyyətimizi yaxşılaşdırmalıyıq. Noyabrdakı matçlar bizim üçün yaxşı fürsətdir.
Azərbaycana qarşı yoldaşlıq görüşü irəliyə addım baxımından vacibdir".
Sportinfo.az xəbər verir ki, bu fikirləri Sloveniya millisinin baş məşqçisi Matyaj Kek yerli federasiyanın rəsmi saytına açıqlamasında Azərbaycanla keçirəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib.
Noyabrın 11-də keçiriləcək Sloveniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 59 yaşlı mütəxəssis bildirib ki, qarşıda 3 matç olduğu üçün geniş heyətə ehtiyac var:
"Bu, keyfiyyətli oyunu təmin etmək üçün çox vacibdir. Sürətli hücumlar zamanı hər şey qaydasında olur. Tempi aşağı saldıqda isə problem yaşanır".

