"Əsas millidən təklif olsa, düşünmək olar" – KONKRET MESAJ

2 Noyabr 2020 14:00 Milli komanda 905
"Əsas millidən təklif olsa, düşünmək olar" – KONKRET MESAJ

Bilindiyi kimi, 21 yaşlılardan ibarət yığmala Milan Obradoviç dönəmi başa çatmaq üzrədir.

Sportinfo.az xəbər verir ki, Avro-2021-in seçmə mərhələsi bitəndən sonra onunla yollar rəsmən ayrılacaq.

AFFA 2 ildir ölkəmizdə çalışan serbiyalı mütəxəssisin müqaviləsini uzatmamaq qərarı verib. Səbəb millinin uğursuz çıxış etməsim deyil, onun federasiyanın istəyini geri çevirməsidir.

Burada mövzu puldur. Balkanlı çalışdırıcı aylar öncə AFFA-nın maliyyə şərtlərini yenidən gözdən keçirmək təklifinə «yox» cavabı verib. İllik qazancı 350 min dollar olan Obradoviç maaşının azaldılmasına razılaşmayıb.

Onu əvəzləməyə ən real namizəd olaraq Ayxan Abbasov göstərilir. Lakin "Sumqayıt"ın son 2 mövsümdəki uğurlarının memarı U-21-in sükanı arxasına keçməyi fikirləşmədiyini bildirib:

"Premyer Liqadan U-21-ə getmək bir pillə aşağı enməkdir. Əsas millidən təklif olsa, düşünmək olar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti