Canni De Byazi "Finiks Rayzinq"də çıxış edən Rüfət Dadaşovu millinin qarşıdakı rəsmi oyunlarına dəvət etməyə tələsmir.
Bu ilin əvvəlindən ABŞ-da legioner həyatı yaşayan hücumçunun UEFA Millətlər Liqasının son 2 turunda iştirakı hələ suald altındadır.
Cari mövsüm Milli Futbol Liqasında (USL) 11 qrol vuran forvardın yenidən yığmaya qayıtmasını AFFA rəsmiləri çox istəyir. Hətta onu baş məşqçiyə növbəti dəfə məsləhət də görüblər.
Gəl ki, italiyalı mütəxəssis Rüfətlə bağlı bəzi tərəddüdlərinin olduğunu söyləyib. De Byazi adıçəkilən futbolçunun ABŞ-ın II Liqavunda vurduğu qolların onun üçün ölçü olmadığını qeyd edib.
Apenninli həmçinin vurğulayıb ki, Dadaşovun əvvəllər yığmada keçirdiyi bəzi oyunları izləyib və gəldiyi qənaət bir o qədər müsbət deyil.
SPORTİNFO.AZ

